"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında paylaşım edib.
İngiltərə Premyer Liqasının VII turunda "Aston Villa"ya qarşı keçirdikləri matçda sol ayaq əzələsindən xəsarət alan 31 yaşlı oyunçu 1 aya yaxın futboldan uzaq qalacağını açıqlayıb.
Qeyd edək ki, "Aston Villa" - "Mançester Yunayted" qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.
Nihat