İspaniya millisinin baş məşqçisi Luis de la Fuente müddəti bu il başa çatacaq müqaviləsi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, 63 yaşlı mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:
"Avropa çempionunun müqaviləsiz qalması normal hal deyil. Bilmirəm, Luis Enrikeyə qarşı belə edərdilər, ya yox... Bəli, bu, anormal vəziyyətdir. İspaniyanın U-21 yığmasından gələndə hansı şərtlərlə işləyirdimsə, indi də o qaydada davam edirəm. Təklif olsaydı, müqavilə yeniləyərdim".
Nihat