İngiltərənin "Plimut Arqayl" klubunun baş məşqçisi Ueyn Runi qeyri-adekvat hərəkətdə ittiham olunur.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Blekbern"lə oyunda əsəblərini cilovlaya bilməyib.
Xəbərə görə, rəqib komanda hesabı bərabərləşdirəndən sonra özündən çıxan 38 yaşlı mütəxəssis texniki zonadan qovulub və su butulkasını kütləyə tərəf atıb. Mənbə Runinin matçın rəsmi nümayəndələrini təhqir etdiyini də vurğulayıb. Onun 15 oktyabr tarixinə qədər İngiltərə Futbol Assosiasiyasının ittihamından şikayət hüququ olduğu bildirilib.
Nihat