"Barselona"nın sabiq futbolçusu Andres İnyesta hazırkı heyətdən komandasına götürəcəyi oyunçuları seçib.
Fanat.Az xəbər verir ki, İspaniya futbolunun əfsanəsi "Cope"-yə açıqlamasında belə deyib:
“Mən hazırki heyətdən Ansu Fati, Pedri və ter Ştegeni komandama dəvət edərdim".
Xatırladaq ki, Andres iki gün əvvəl futbolçu karyerasını başa vurduğunu açıqladı. 40 yaşlı İnyesta 1996-2018-ci illərdə "Barselona" sistemində olub. Kataloniya təmsilçisinin heyətində 674 oyun keçirən yarımmüdafiəçi 57 qol vurub, 136 məhsuldar ötürmə edib. "Barsa"dan ayrıldıqdan sonra yarımmüdafiəçi "Vissel Kobe" və "Emirates"də çıxış edib.
Mirağa