Hüquqları "Nyu York Siti"yə məxsus olan müdafiəçi Kristian Makfarleyn karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, 17 yaşlı futbolçunun xidmətində "Mançester Siti" maraqlıdır. "Şəhərlilər" yanvar transfer pəncərəsində Makfarleyni heyətinə qatmaq istəyir. Yaxın günlərdə danışıqlara start veriləcək. Mümkün transferin məbləği hələlik məlum deyil.
İngiltərə çempionatının yeddi turundan sonra "Mançester Siti" 17 xal toplayıb və turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Lider "Liverpul"la fərq bir xaldır.
Mirağa