"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında (RPL) sentyabr ayının ən yaxşı məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, onun komandası ötən ay çıxdığı 3 oyunda maksimum nəticə göstərərək 9 xal qazanıb.
Qalibi RPL-in əfsanələri, "Matç Premyer" telekanalının ekspertləri və azarkeşlər səsvermə ilə ilə müəyyənləşdiriblər. Azarkeşlər "Lokomotiv"in baş məşqçisi Mixail Qalaktionova səs versələr də, ekspertlər və RPL-in əfsanələri Musayevi seçdikləri üçün özbək əsilli rusiyalı qalib olub.
Nihat