"Liverpul"un keçmiş baş məşqçisi Yürgen Klopp "Red Bull" konsernində işləmək qərarına aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin açıqlamasını "This is Anfield" nəşri belə təqdim edib:
"Bir neçə ay əvvəl demişdim ki, özümü kənara çəkmirəm və bu hiss dəyişməyib. Yenə də futbolu sevirəm və hələ də işləmək üçün alışıb yanıram. "Red Bull" mənə bunun üçün mükəmməl platforma verir. İllərdir topladığım təcrübəmi paylaşmaq istəyirəm.
Hamı bilir ki, karyeramda daim yüksəlmək üçün mübarizə aparmışam, səviyyəmi aşağı düşürtməmək üçün mübarizə aparmışam, titullar və kuboklar qazanmağa can atmışam. Bəzən uğursuz olduq, bəzən bacardıq. Öhdəsindən gəlmək asan deyil, amma mümkündür. Bundan sonra yenidən oxumaq, artırmaq istəyirəm. Məşqçi işində hər üç gündən bir oynamaq məcburiyyətində qalırsan və artırmaq üçün demək olar ki, kifayət qədər vaxtın olmur”.
Xatırladaq ki, Yurgen Klopp yanvarın 1-dən "Red Bull"da futbol əməliyyatlarının qlobal rəhbəri olacaq.
Mirağa