"Liverpul"un müdafiəçisi Konstantinos Tsimikas komanda yoldaşı Trent Aleksander-Arnolddan danışıb.
Fanat.Az xəbər verir ki, "Independent" onun sözlərini belə çatdırıb:
"Trent həmişə oynamaq istəyən futbolçulardandır. O, həmişə bütün gücünü meydanda qoyur. Aleksander-Arnoldun "Liverpul"dakı statistikası çox şeydən xəbər verir. Mənim fikrimcə, Trent öz mövqeyində bir nömrədir".
Qeyd edək ki, Aleksander-Arnold "Liverpul"un yetirməsidir. Onun "qırmızılar"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Daha öncə sözügedən oyunçunun xidmətində "Real Madrid"in maraqlı olduğu barədə informasiyalar dərc edilib.
Nihat