Asiya Futbol Konfederasiyası İranda keçrilməsi planlaşdırılan futbol yarışlarını ləğv edib.
Fanat.Az xəbər verir ki, sözügedən qurum bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Səbəb kimi İsrailin İrana mümkün raket hücumu təhlükəsi göstərilib. Məlumatda qeyd olunub ki, Asiyanın Elit Liqası və Çempionlar Liqası oyunları çərçivəsində keçiriləcək qarşılaşmalar neytral ölkədə baş tutacaq.
Beləliklə, Təbrizin “Traktor” klubu ilə Tacikistan “Roşən”i, eləcə də Tehranın “İstiqlal” komandası ilə Səudiyyə Ərəbistanı “Əl-Nəsr”i Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarşılaşacaqlar.