Üç komanda AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul edilib.
Gənclər Liqasında keçirilən “Zirə” – “Qəbələ” oyununda adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğuna görə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasında keçirilməli olan “Latsio Baku” –“Zəngəzur” görüşü ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Zəngəzur” texniki məğlubiyyətlə cəzalandırılıb. Eyni hal U-10 Liqasında “Bayern Baku” – “Karvan” (Yevlax) oyununda yaşanıb. Bu dəfə qonaq komandanın heyətində yetərsay olmayıb. Bu səbəbdən Yevlax təmsilçinə texniki məğlubiyyət verilib.