15:00 11.10.2024 778

Birinci dövrə nə "dedi"? - Güclənmiş "Turan Tovuz", "tilsimlənmiş" "Neftçi"

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Misli Premyer Liqasında 9 turu əhatə edən 1-ci dövrə başa çatdı. Elita təmsilçiləri milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranan fasiləyə yollandılar. Əlbəttə, çempionatın 3/4 hissəsi hələ irəlidədir və ilk dövrənin sonundakı mənzərə yazda dəyişə bilər. Ancaq MPL-in geridə qalan bölümünü də müəyyən məqamlar üzərindən dəyərləndirməyə dəyər.

"Qarabağ" görməyə adət etdiyimiz yerdədir

Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna (0:3, 0:2) hər iki matçda məğlub olan, ardından Avropa Liqsının Liqa mərhələrsinin 1-ci turunda səfərdə "Tottenhem"ə (0:3), 2-ci turunda evdə "Malmö"yə yenilən "Qarabağ"ın Avropadakı durumu bəllidir. Ağdamlıların qitəmiqyaslı turnirdəki performansını və şanslarını təhlil etmək ayrıca yazı mövzusudur. Marko Veşoviç və Marko Yankoviçin uzun müddət zədədən əziyyət çəkməsi Avropa macərasına təsirsiz ötüşməyibsə, daxili birincilikdə hər şey qaydasındadır. "Turan Tovuz"a yenilən (0:1) "köhlən atlar" qalan qarşılaşmaları maksimum nəticə ilə başa vurub və hazırda görməyə adət etdiyimiz yerdə - turnir cədvəlinin zirvəsindədir. Əsas oyunçularını saxlayan, üstəlik, Emmanuel Addai, Aleksey Kaşuk kimi hücumameyilli legonerlərlə güclənən, sıralarına 2 əcnəbi qapıçı qatan, Musa Qurbanlını geri qaytaran çempion məntiqlə, getdikcə sürət yığmalıdır. Hamıya bəllidir ki, 1-ci dövrədə "Qarabağ"ın ifasında izlədiyimiz oyun bu komandanın real potensialının uzağı 70 faizidir. 

Güclənmiş "Turan Tovuz"

Tovuz təmsilçisinin rəhbərliyinin baş məşqçi Ayxan Abbasovu Kurban Berdiyevlə əvəzləməsi gözlənilməyən addım idi. "Turan Tovuz"un yeni çalışdırıcının rəhbərliyi altında belə performans sərgiləyəcəyini yalnız "boz qurdlar"ın ən nikbin fanatları proqnozlaşdıra bilərdilər. Çoxlarının "tükənmiş" adlandırdığı Berdiyev sözün əsl mənasında, adından söz etdirdi. Heyətə xüsusi adlar cəlb edilməsə də, komandanın "damarını tutan" 72 yaşlı mütəxəssis inanılmaz startın təsadüfi olmadığını 9-cu turda "Zirə" üzərində qazandıqları 1:0 hesablı qələbə ilə bir daha isbatladı. Nəticəyə oynayan tovuzluların 5 qələbə, 3 heç-heçə və 1 yenilgi ilə 18 xal toplaması, hazırda yalnız "Qarabağ"dan geri qalaraq 2-ci pillədə möhkəmlənməsi sıradan fakt deyil. "Turan Tovuz"un ortaya qoyduğu futbol isə bütün hallarda, futbol ictimaiyyəti üçün böyük sürprizdir. 

Adından söz etdirən "Araz-Naxçıvan"

Ötən mövsümə də Azər Bağırovla fırtına kimi başlayan "Araz-Naxçıvan" bu dəfə Elmar Baxşıyevin rəhbərliyi altında uğurlu oyunla diqqət çəkir. Startda "Qarabağ"a böyük hesabla uduzan (1:4) Naxçıvan təmsilçisi 8 oyun keçirib. Yeganə məğlubiyyətini Ağdam komandasından alan kollektiv 5 qələbə və 2 bərabərlik sayəsində hesabına 17 xal yazıb və 3-cü yerdə qərarlaşıb. "Qırmızı-ağlar"ın tempi saxlaya bilib-bilməyəcəyinə hamılıqla şahidlik edcəyik, ancaq bu ruhla davam etsələr, avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq ehtimalları yetərincə realdır. 

"Zirə" əvvəlkindən keyfiyyətlidir

Maraqlıdır ki, çempionatda 8 oyun keçirən "Zirə"nin də heç-heçəsi yoxdur. Rəşad Sadıqovun çalışdırdığı kollektiv Konfrans Liqasının pley-offuna qədər irəliləyib və bu, tarixinin ən yaxşı nəticəsinə imza atan "qartallar" üçün uğurdur. Sadıqovun formalaşdırdığı heyət həm rəqabətədavamlı, həm də avrokuboklara iddia edən istənilən rəqibi yencək səviyyədədir. Qəsəbə komandasının qazandığı 5 qələbə ilk dövrəni 4-cü bitirməsinə kifayət edib. "Zirə"nin ötən mövsümdəkindən daha balanslı, daha keyfiyyətli futbol sərgilədiyini söyləmək olar. 15 xala malik "qartallar"ı lider "Qarabağ"dan 6, 2-ci sıradakı "Turan Tovuz"dan isə 3 xal ayırır. Bu isə o deməkdir ki, "Zirə" hədəfindən uzaq düşməyib.

"Sabah"ın qol vurmaq problemi yoxdur

Konfrans Liqasında çıxışını 3-cü təsnifat mərhələsində yekunlaşdıran "Sabah" da 15 xal toplayıb. 2-ci turda Masazırda uduzduğu (0:2) "Zirə"dən sonrakı - 4-cü sırada olan "bayquşlar" fasilə ərəfəsində "Araz-Naxçıvan"ı yenə bilsəydilər, indi "Turan Tovuz"la 2-3-cü yerləri bölüşərdilər. Elmar Baxşıyevin rəhbərlik etdiyi rəqiblə 1:1 hesablı bərabərlik daha artığına imkan vermədi. Krunoslav Renduliçin komandasının qol vurmaq problemi yoxdur. Sözügedən klubun formasını geyinən 3 futbolçunun adının bombardirlər cədvəlində olması faktdır. Coy-Lens Mikelslə Cesse Sekidika hərə 5 qolla şərikli liderlərdirsə, slovakiyalı forvard Pavol Şafranko 4 dəfə adını tabloya yazırıb. "Sabah" ümumilikdə 19 dəfə rəqib qapılarına yol tapıb və bu göstəricidə yalnız lider "Qarabağ"dan 1 top geri qalır. Ancaq buraxılan qolların sayı baxımından Masazır təmsilçisindən daha pis göstərici iki komandada - "Kəpəz" (24) və"Səbail"dədir (17). "Bayquşlar" da "Neftçi" kimi 15 dəfə topu tordan çıxarmalı olublar. Xorvat mütəxəssis "arxa cəbhə"dəki boşluqları qısa müddətdə aradan qaldırsa, vəziyyətin yaxşılaşmaq ehtimalı artar. 

"Dişli" "Şamaxı" 

Geridə qalan "futbol ili"ni Birinci Liqada keçirən "Şamaxı" artıq yalnız yerli futbolçulardan ibarət deyil. Rəhbərlik əvvəlki səhvdən dərs çıxarıb və əcnəbilərin xidmətindən istifadənin vacibliyini anlayıb. 

Ayxan Abbasovun qurduğu kollektiv həm döyüşkən, həm də "dişlidir". 3 qələbə 3 heç-heçə, 2 məğlubiyyət "aslanlar" üçün kifayət qədər normal nəticədir. Məqsədi elitadakı yerini qorumaq olan komanda 8 oyuna 12 xal yığıb. 6-cı pillədəki "Şamaxı"da sonrakı sıralarda düzülən çempionat iştirakçıların hamısının 9 matça çıxması da vurğulanmalıdır. Görünən budur ki, bölgə təmsilçisi nəinki MPL-də qalmaq, ona yuxarıdan aşağı baxmağa cəhd edən istənilən rəqibi "silkələmək" işinin də öhdəsindən gələ bilər. Düzdür, Şamaxı təmsilçisi son turda səfərdə "Səbail"ə uduzub (0:2), lakin bu yenilgi Ayxan bəyin çalışdırdığı kollektivin "təkərinin buraxması" kimi başa düşülməməlidir. 

Büdcəsi azaldılan "Səbail"

2 qələbə, 1 heç-heçə, 6 məğlubiyyəti olan "Səbail"in büdcəsinin azaldılması nəticələrdə əksini tapır. 7 xalla 7-ci yer böyük hədəflərin getdikcə xəyala çevrilməsi deməkdir. Bu başqa məsələ ki, "dənizçilər" ötən mövsüm yüksək büdcə ilə də Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil etmək hüququna sahib çıxmağı bacarmamışdılar. Digər tərəfdən, "Araz-Naxçıvan"ın, "Şamaxı"nın və ya "Sumqayıt"ın maliyyə dayaqları "Səbail"inkindən üstün deyil. Baş məşqçi Şahin Diniyev komandasının gələcəkdə daha sabit çıxış edəcək potensialda olduğuna, heyətdəki bəzi gənclərin "artıracağına" inandığını dəfələrlə vurğulayıb. Ümid edək ki, ümumi rəqabətin artması naminə fasiləyə "Şamaxı" üzərində qələbə ilə (2:0) çıxan Bakı komandası növbəti qarşılaşmalarda rəqiblərinin əsəbi ilə daha çox oynayacaq, daha möhkəm komanda təsiri bağışlayacaq.

"Sumqayıt"ın dərdi nədir?

Eyni xalla "Səbail"dən sonrakı yerdən boy göstərən "Sumqayıt"ın transfer dönəmindən istədiyi şəkildə faydalana bilməməsi acı gerçəklikdir. Bəzi mövqelərdəki oyunçu çatışmazlığından aşkar şəkildə gileylənən baş məşqçi Samir Abasov hücumçuların işindən də razı deyil. Yayda Konfrans Liqasında Macarıstan "Fehervar"ına uduzaraq (0:2, 0:0) mərhələ adlaya bilməyən "gənclik şəhəri" təmsilçisinin çempionata da hazır olmadığı sezilir. Hərçənd nəticələri bir kənara qoysaq, son oyunlarda "kimyaçılar"ın ortaya qoyulan futbol planında qismən "dirildiyini" də iddia etmək olar. 

"Tilsimlənmiş" "Neftçi"

1-ci dövrə başa çatandan sonra istefaya göndərilən Roman Qriqorçukun bu dərəcədə uğursuz fəaliyyətlə diqqət çəkməsinə ad tapmaq çətindir. Mövcud durum "Neftçi" azarkeşləri üçün qorxulu yuxudur. 5 bərabərlik və 4 yenilgi ilə 9-cu sırada mövqe tutan "ağ-qaralar"ın qələbə qazana bilməyən yeganə komandadır. Bir mütəxəssisin işi alınmaya bilər, ancaq Qriqorçuk dönəmi sadəcə, kabus adlandırılmalıdır. Gerisinin necə olacağını zaman göstərəcək. Əsas odur ki, hələ avrokuboklara vəsiqə şansı nəzəri cəhətdən itirilməyib.

Ümidlənən autsayder

Ardıcıl 7 yenilgidən sonra Tovzuda "Neftçi" üzərində qazanılan qələbənin (4:3) "Kəpəz"i ümidləndirddi desək, yanılmarıq. Bir neçə turdan sonra Adil Şükürovun Azər Bağırovla əvəzlənməsi və heyətə Turan Manafov, Rauf Hüseynli, Mahamadu Ba kimi müdafiəçilərin qatılması klub rəhbərliyinin vəziyyətdən çıxmaq cəhdləridir. 24 qola üzülən "sarı-göylər"in sadə vəziyyətlərdə məyus olmaq mərəzindən qurtulması olduqca önəmlidir. Bağırov bu problemin həll yolunu tapsa, "zirzəmi"dən qurtulmaq mümkündür. Hələ buna vaxt vaxt var.

Nihat Ağasoy

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

phrase_var_core.fb
X