“Roma”nın keçmiş hücumçusu Antonio Kassano vaxtilə İtaliya nəhənginin keçmiş kapitanı Antonio Tottinin valideynlərini oğurluqda günahlandırdığını etiraf edib.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri veteran futbolçunun dediklərini belə çatdırıb:
“Yadımdadır, paytaxta yeni gəldiyim ilk dörd ayda Totti və ailəsi məni evlərində qarşıladılar və özümü oğulları kimi hiss etdirdilər. Bir gün pul qəbzimi tapa bilmədiyim üçün onunla mübahisə etdim. Tottinin valideynlərini oğurluqda ittiham etdim. Amma qəbz avtomobilin oturacağının altına düşmüşdü... O an hətta öz kölgəmdən də qorxdum. Pul qəbzini tapanda ona nə deyəcəyimi bilmədim”.
Antonio Kassano 2001-2006-cı illərdə "Roma"da çıxış edib. O, paytaxt klubunda 118 oyun keçirib və 39 qol vurub.
Mirağa