"Mançester Siti"nin hücumçusu Erlinq Holand iş yerini dəyişmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Mənbə Holandın cari mövsümün sonunda "şəhərlilər"lə vidalaşmaq niyyətində olduğunu vurğulayıb. Xəbərə görə, norveçli ulduza PSJ yüksək maaş ödəməyə hazır olsa da, o, İspaniya nəhənglərindən birində oynamaq istəyir. Holandın ya "Real Madrid"ə, ya da "Barselona"ya keçəcəyi bildirilib.
Qeyd edək ki, 24 yaşlı Erlinq 2022-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinir. Skandinaviyalı forvardın klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Holandın transfer qiymətini 200 milyon avro ilə dəyərləndirir.
Nihat