Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su Berlin Kubokunda 3-cü turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda “Lixtenberq”lə qarşılaşıb və 5:0 hesabı ilə qələbə qazanıb.
Meydana start "11-lik"də çıxan Rüfət sonadək mübarizə aparıb və dubla imza atıb. O, 47 və 78-ci dəqiqlərdə rəqib qapısına yol tapıb.