"Neftçi”nin futbolçusu Kilan Lebonun çıxış etdiyi Sent Martin millisi KONKAKAF Millətlər Liqasında 3-cü turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Sent-Lüsiya ilə qarşılaşan komanda 1:2 hesabı ilə uduzub.
Meydana start "11-lik"də çıxan Lebon 90-cı dəqiqədə əvəzlənib.
Hazırda xalsız olan Sent-Martin qrup sonuncusudur.