Millətlər Liqasının 4-cü turunda Vrotslavda Çexiya ilə heç-heçə etdikləri (1:1) oyunda zədələnən Ukrayna millisinin vingeri Aleksey Qutsulyakın durumu ağırdır.
Fanat.Az "Sport24"-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov oyunsonrası mətbuat konfransında danışıb.
“Bəli, təəssüf ki, Aleksey çox ağır beyin sarsıntısı keçirdi. İndi o, xəstəxanadadır. Vəziyyəti çox ağırdır. Ona görə də təəssüf ki, o, indi burada qalır. Dua edib gözləyəcəyik”.
"Polesye"nin 26 yaşlı oyunçusu ilk hissədə rəqiblə toqquşmadan sonra zədələnib.
Mirağa