"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubundan ayrılıb-ayrılmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Gələcəkdə başıma nə gələcəyini görəcəyik. Hələ nə ilə məşğul olmaq istədiyimlə bağlı qərar verməliyəm".
Xatırladaq ki, Qvardiolanın MS ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. İspaniyalı mütəxəssis 2016-cı ildən "şəhərlilər"i çalışdırır. Pepin rəhbərliyi altında 6 dəfə İPL-in və tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olan Mançester təmsilçisi 2022/2023 mövsümündə trebllə yadda qalıb.
Nihat