Millətlər Liqasının 4-cü turunda İngiltərə yığması Finlandiyanı məğlub edib.
Fanat.Az xəbər verir ki, Helsinkidə baş tutan görüşdə ingilislər 3:1 hesabı qeydə alınıb.
"Footballhd"-nin məlumatına görə, qollardan birinin müəllifi olan Aleksandr-Arnold cərimə zərbəsindən fərqlənməklə həm fərqi artırıb, həm də maddi mənada irəli düşüb. Belə ki, cərimə zərbəsini yerinə yetirməzdən əvvəl “Mançester Siti”nin futbolçusu Cek Qriliş qola görə pul mükafatı vəd edib:
“Trentin cərimə zərbəsindən əvvəl ona dedim: “Qol vursan, sənə 500 funt sterlinq verəcəm”. O, topu birbaşa "doqquzluğ"a vurdu”.
İngiltərə yığmasının heyətində digər qolları Cek Qriliş və Deklan Rays vurub. İngiltərə bu qələbə sayəsində xallarını 9-a çatdırıb və hazırda qrup ikincisidir.
Mirağa