"Vircil van Deyk növbəti mövsümü "Liverpul"da keçirmək istəsə, onu anlayaram. O, formada olanda komandanın ən yaxşısıdır. Amma Salahın yeni müqavilə imzalayacağını heç cür təsəvvür etmirəm".
Fanat.Az "Liverpool Echo"ya istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un sabiq hücumçusu Con Oldric deyib.
O, misirli cinah hücumçusu Məhəmməd Salahın yayda azad agent qismində "qırmızılar"ı tərk edəcəyini vurğulayıb: "Hə, Salahın qalacağına inanmıram. Bu barədə çox söz-söhbətlər dolaşır. Başqa kluba keçərkən pul amilinə nə drəcədə önəm verəcəyini bilmirəm, ancaq reallıq budur ki, Salah azad agent statusu ilə çox yaxşı qazanc əldə etmək şansı var. Belə olsa, ona uğurlar. Mo "Liverpul"a hər şey verib".
Xatırladaq ki, Salah "Liverpul"a 2017-ci ildə "Roma"dan keçib.
Nihat