"Mançester Siti"nin və Braziliya millisinin qapıçısı Ederson Moraes yaşıl meydanlarda üz-üzə gəldiyi ən təhlükəli futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ESPN onun sözlərini belə çatdırıb:
"Çox hücunmçularla qarşılaşmışam. Amma məncə, ən təhlükəlisi Harri Keyndir. Onun möhtəşəm keyfiyyəti var. Həm cərimə meydançasının içində, həm də ondan kənarda çox effektlidir".
Xatırladaq ki, Ederson 2017-ci ildən "şəhərlilər"in formasını geyinir.
Nihat