Uruqvaylı yarımmüdafiəçi Qaston Pereyra karyerasını yenidən İtaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Cenoa" klubu yayda "Kalyari"dən ayrıldıqdan sonra azad agent olan 29 yaşlı oyunçunun transferini rəsmən açıqlayıb .
Müqavilə bu mövsümün sonuna qədər nəzərdə tutulub.
Pereyro PSV, "Nasional" komandalarındakı çıxışı ilə tanınır. O, həmçinin Uruqvay millisində 13 oyun keçirib, 5 qol vurub.
“Cenoa” 5 xalla A Seriyasında 18-ci pillədə qərarlaşıb.
Mirağa