"Bayern Münhen"in sabiq çalışdırıcısı Tomas Tuxel milli komandanın baş məşqçisi olmağa əsas namizəddir.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport Germany" yayıb.
Xəbərə görə, Tuxelin xidmətində İngiltərə Futbol Assosiasiyası (FA) maraqlıdır. Mənbə hazırda ingilislərin alman mütəxəssislə müqavilənin şərtləri üzərində işlədiklərini vurğulayıb.
Qeyd edək ki, hazırda İngiltərə seçməsinə müvəqqəti olaraq Li Karsli rəhbərlik edir.
Nihat