"Bayern Münhen"in iki futbolçusu kareyrasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, bunlar Leroy Zane və Leon Qoretskadır.
Mənbə hər iki oyunçu ilə "Mançester Yunayted"in maraqlandığını vurğulayıb.
Qoretskanın münhenlilərlə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqsa, Zane 2026-cı ilin yayınadək indiki klubuna məxsusdur.
Qeyd edək ki, Leroy cari mövsüm "Bayern" forması ilə 4 oyunda 1, Qoretska isə 6 matçda 2 qol vurub.