"Monako"nun seksual təcavüz ittihamı ilə sentyabrın 6-da saxlanılan hücumçusu Vissam Ben-Yedder məhkəmədə spirtli içki düşkünü olduğunu etiraf edib.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, 34 yaşlı oyunçu sərxoş olduğu üçün hadisə ilə bağlı heç nə xatırlamadığını və alkoqol asılılığından əziyyət çəkdiyini bildirib.
Mənbə Vissamın təcavüz qurbanından və ailəsindən üzr istədiyini də diqqətə çatdırıb. Məlumata görə, şikayətçi tərəf - Ben-Yedderin əyləncə məclisində tanış olaraq avtomobilinə dəvət etdiyi qadın forvardın 2,5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.
Xatırladaq ki, Vissam sentyabrın 6-da saxlanılsa da, oktyabrın 15-də keçirilən məhkəməyə qədər azadlığa buraxılmışdı.
Nihat