İngiltərə millisinə baş məşqçi kimi təyinatı bu gün rəsmən açıqlanan Tomas Tuxel yeni iş yeri ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məşhur alman mütəxəssisin dediklərini belə təqdim edib:
“İngiltərə millisinə rəhbərlik etmək şərəfinə nail olmaqdan çox qürur duyuram. Mənim bu ölkə ilə bağlı bağlılığım çoxdan var. İngiltərəni təmsil etmək şansının olması böyük bir imtiyazdır. İstedadlı oyunçulardan ibarət kollektivlə işləmək fürsəti çox həyəcanvericidir. İngiltərənin uğur qazanması və azarkeşlərin komanda ilə fəxr etməsi üçün əlimizdən gələni edəcəyik. Mən assosiasiyaya etimada görə təşəkkür etmək istəyirəm və birlikdə səyahətə başlamağı səbirsizliklə gözləyirəm”.
Tuxel yanvarda vəzifəsinin icrasına başlayacaq. Onunla 18 aylıq müqavilə imzalanıb.
Mirağa