ABŞ-nin Corc Taun Universitetinin sabiq qadın basketbolçusu Sidni Uilson polis tərəfindən güllələnib.
Fanat.Az "Record"a istinadən xəbər verir ki, qonşuları Uilsonun əqli problemləri ilə bağlı şikayət etdikləri üçün polislər onun evinə gəlib.
Sidni ilə danışmağa çalışan asayiş keşikçisi ona bıçaqla hücum edən keçmiş idmançını güllələmək məcburiyyətində qalıb.
Hadisədən sonra Uilsona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin görüntüləri də yayılıb.