İngiltərə millisinin sabiq hücumçusu Pol Qaskoyn "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnolddan danışıb.
Fanat.Az "Sportscasting"ə istinadən xəbər verir ki, o, "Real Madrid"ə keçəcəyi deyilən Trentin bu addımı atacağı halda, uğur qazanacağını bildirib:
"Aleksander-Arnoldun "Real"da uğur qazanacağını düşünürəm. Cud Bellingemin İspaniyada nəyə nail olduğu göz önündədir. Cud millidə əla çıxış edir, amma son Avropa çempionatında yaxşı görünmədi. Sonra onun "Real"dakı oyununu izlədim. Möhtəşəm idi".
Xatırladaq ki, Aleksander-Arnoldun "Liverpul"la müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Nihat