Amerikanın idman investisiya şirkəti "DCB Sports LLC" İngiltərə millisinin keçmiş oyunçusu, hazırda MLS-in "İnter Mayami" klubuna rəhbərlik edən Devid Bekhemin həmtəsisçisi olduğu espor təşkilatı "Guild Esports"-u satın alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Esports Insider" yayıb.
Mənbənin məlumatına görə, Bekhem müxtəlif turnirlər təşkil edən şirkətinin səhmlərin hamısını 100 min funt sterlinqə nağd şəkildə satılıb.
"Guild Esports" 2019-cu ildə yaradılıb və əvvəlcə "The Lords Esports" adlanıb. Lakin şirkət Bekhem də daxil olmaqla, investorlardan 5 milyon funt sterlinq investisiya topladıqdan sonra 2020-ci ildə adını dəyişdirib.
Mirağa