Fransalı yarımmüdafiəçi Pol Poqba 2022-ci ildə "Mançester Yunayted"dən "Yuventus"a keçərkən digər İngiltərə nəhənginin - "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolaya "yox" dediyini etiraf edib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Hə, "Yuventus"la anlaşmaq üçün Pepin təklifini rədd etmişəm. Bu, həqiqətdir".
Xatırladaq ki, dopinq testi müsbət nəticələndiyi üçün 4 il müddətinə diskvalifikasiya edilən Poqbanın cəzası İdman Arbitraj Məhkəməsi tərəfindən 1,5 ilə endirilib. O, gələn ilin martından rəsmi matçlarda oynaya biləcək.
Nihat