İtaliya A Seriyası tarixinin ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az "Give Me Sport"a istinadən xəbər verir ki, son reytinqdə əfsanəvi müdafiəçi Paolo Maldini birinci yeri tutub.
Bütün karyerasını "Milan"da keçirən və İtaliya futbolunun simvolu, bütün dünyada müdafiəçilər üçün etalon olan Maldini A Seriyasında 647 matçda yeddi liqa luboku və beş avrokubok qazanıb.
Sıralamada ikinci yeri "Napoli"nin əfsanəsi, mərhum Dieqo Maradona tutub. İlk "üçlüy"ü isə "Yuventus2un və İtaliya millisinin veteran qolkiperi Canluici Buffon qapayır.
A Seriyası tarixinin ən yaxşı 10 oyunçusu:
1. Paolo Maldini
2. Dieqo Maradona
3. Canluici Buffon
4. Marko van Basten
5. Zinəddin Zidan
6. Andrea Pirlo
7. Françesko Totti
8. Franko Baresi
9. Alessandro Del Piero
10. Xavyer Zanetti
Mirağa