İranlı boksçu Yusif İmani bir dəqiqə ərzində ən çox yumruq vurma rekorduna imza ataraq "Ginnes"ə düşüb.
Fanat.Az xəbər verir ki, həmin görüntülər "Ginnesin Rekordlar Kitabı"nın mətbuat xidməti tərəfindən yayılıb.
Video 16 saat ərzində bir milyondan çox baxış toplayıb. Görüntüdə İmaninin cəmi bir dəqiqə ərzində xüsusi yastığı 449 dəfə yumruqladığı görünür.
Qeyd etmək lazımdır ki, bundan əvvəlki rekord da İmaniyə məxsus idi - o, 2021-ci ildə dəqiqədə 403 zərbə endirmişdu.
Dünyanın ən sürətli boksçusu adını alan boksçunun sınağı 2024-cü ilin yanvarında İranın Kiş adasında qeydə alınıb, ancaq indi rəsmi olaraq təsdiqlənib.
Mirağa