Fransalı yarımmüdafiəçi Pol Poqba Tomas Tuxelin İngiltərə millisinə baş məşqçi təyin edilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:
"İngilislər belə baş məşqçi ilə anlaşdıqları üçün özlərini xoşbəxt saymalıdırlar".
Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi (CAS) dopinq testi müsbət nəticələndiyi üçün 4 il müddətinə diskvalifikasiya olunan Poqbanın cəzasını 1,5 ilə endirib. Müqavilə ilə "Yuventus"a məxsus olan ulduz futbolçu mart ayından rəsmi matçlara çıxa biləcək.
Nihat