Bu gün Azərbaycan II Liqasında 7-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, açılış günü keçirilməli olan 4 oyundan üçü baş tutub.
“Lerik” “Şəfa” ilə görüşə gəlməyib.
Baş tutan oyunlara gəlincə, “Şimal” səfərdə inamlı qələbəyə sevinibsə, “Şəmkir” darmadağınla qalib gəlib. “Şahdağ Qusar” da “Şəki Siti”ni böyük hesabla üstələyib.
II Liqa
VII tur
17 oktyabr
“Şahdağ Qusar” – “Şəki Siti” 5:0
Qollar: Famil Camalov, 11; 20; 82. Tural Qurbatov, 50. Ədilxan Qarəhmədov, 64.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Rəsul Babayev.
“Qusar” – “Şəmkir” 0:6
Qollar: Rövşən Şahmuradov, 1. Akif Tağıyev, 10. Cavanşir Cavanşirov, 17. Vidadi Cəfərov, 30; 54; 74.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
“Kür-Araz” – “Şimal” 0:2
Qollar: Tofiq Nəsibov, 21; 48.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Maqsud Şamıyev.
“Şəfa” – “Lerik” (oyun baş tutmayıb.
Hakimlər: Ruslan Quliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Nazim Abdullayev.