"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi futbol tarixinin ən titullu oyunçusu qismində mükafat qazanıb.
Fanat.Az xəbər verir ki, xüsusi mükafat 37 yaşlı superulduza dünən "Marca" nəşrinin direktoru Xuan İqnasio Qalyardo tərəfindən təqdim olunub.
Mərasim "İnter Mayami"nin ev oyunlarını keçirdiyi stadionda baş tutub.
Xatırladaq ki, Messi 2023-cü ilin yayından MLS təmsilçisinin formasını geyinir. Leo karyerası ərzində 46 komanda və 56 fərdi mükafata sahib çıxmaqla rekorda imza atıb.
Nihat