İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem hansı futbolçunun oyun üslubunun onunkuna bənzədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, Rio Ferdinandın pokastında belə deyib:
"Bir oyunçu seçməli olsam, Trent Aleksander-Arnoldu fərqləndirərdim. Onun ötürmələri və asmalaı mənimkinə bənzəyir".
Xatırladaq ki, sağ cinah müdafiəçisi Aleksander-Arnoldun "Liverpul"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Onun "Real Madrid"lə şifahi razılığa gəldiyi ilə bağlı məlumatlar yayılıb.
Nihat