"Barselona" bu il 17 yaşlı vingeri Lamin Yamal üçün aldığı 250 milyon avroluq təklifi rədd edib.
Fanat.Az xəbər verir ki, bunu Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta deyib:
"Altı ay əvvəl mənə Lamini 250 milyon avroya almaq təklifi ilə müraciət etdilər. Amma təklifi rədd etdim. O, dünyanın ən məşhur futbolçusudur".
İspaniya mətbuatda yayılan məlumatlara görə, Yamalı 250 milyon avroya almağa cəhd edən klub Fransa nəhəngi PSJ-dir.
Qeyd edək ki, Yamal İspaniya millisi ilə son Avropa çempionatının qalibi olub.
Nihat