"Araz Naxçıvan"da gözlənilməz gediş reallaşıb. Fanat.az xəbər verir ki, Fərid Quliyev Muxtar Respublika klubunu tərk edib.
Quliyevin gedişinin dəqiq səbəbi bəlli deyil. Məlumata görə, baş məşqçi Əsgər Abdullayevin forvardın komandada qalmasını istəməyib.
Qeyd edək ki, Fərid "Araz Naxçıvan"a qışda transfer olunmuşdu. O, əvvəllər "Qarabağ", "Bakı", "Muğan", "Standard", "Neftçi", "Simurq", "Sumqayıt", "Turan", "Kəpəz" və Türkiyənin "Kahramanmaraşspor" klublarında çıxış edib. Milli komandada 7 oyun keçirərək 1 qol vuran 28 yaşlı forvard 2009/10 mövsümündə 16 qolla Premyer Liqanın bombardiri olub.
Fanat.az