“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand İngiltərə nəhəngində komanda yoldaşı olmuş Kriştianu Ronaldudan danışıb.
Fanat.Az xəbər verir ki, o, "qırmızı şeytanlar"a 18 yaşında qoşulan hücumçunu dəfələrlə ələ saldıqlarını deyib:
“Onunla 7 nömrəli formanı geyindiyi üçün zarafatlaşırdıq. Çünki Ronaldu 7 nömrəli formanın əvvəllər Devid Bekhemə məxsus olduğunu bilirdi. O, əhvalı pis olanda özünü itirirdi. Kriştianunu tez-tez ələ salırdıq. Həmin vaxt bizdən çox gənc idi. Ona deyirdik ki, əsl "7 nömrə" Bekhemdir. Bizim etdiyimiz sıxma-boğma kimi görünə bilər. Amma bu, yalnız onu sərtləşdirmək, inkişafına yardımçı olmaq cəhdi idi".
Qeyd edək ki, Ronaldu 2003-2009-cu illərdə "Mançester Yunayted"də oynayıb. O, 2021-ci ildə yenidən bu kluba qayıdıb və 2022-ci ilin noyabrında ayrılıb. 39 yaşlı forvard 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in uğurları üçün çalışır.