Zədəsini sağaltmaqla məşğul olan "Betis"in ulduz yarımmüdafiəçisi İsko səhhətində yaranan daha bir problemdən əziyyət çəkir.
Fanat.Az xəbər verir ki,
“Real Madrid”in keçmiş futbolçusu özü bu barədə "Marca" nəşrinə danışıb.
O, 2022-ci ildə “Sevilya”da oynadığı vaxt epilepsiya tutması keçirdiyini bildirib: “Epileptik tutma məni yuxuda yaxaladı. Bu, 2022-ci ildə baş verdi. Təxminən 4 gün xəstəxanada qaldım. İndi 4 ilə yaxındır hər gecə bir həb içməliyəm. Xoşbəxtlikdən tutmalar dayanıb”.
Xatırladaq ki, İsko ötən mövsüm 29 matçda 8 qol vurub, 5 məhsuldar ötürmə ilə La Liqanın aparıcı oyunçularından olub.
Mirağa