"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu "Tottenhem"in müdafiəçisi Serxio Reqilon ilə "Barselona"nın vingeri Ansu Fatini komandasında görmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Türkiyə klubu yanvarda onların transferi reallaşdırmağı hədəfləyir.
“Fənərbağça” Fatinı icarəyə götürməyə çalışır. Türkiyə klubunun idman direktoru Mario Brankonun tezliklə futbolçunun nümayəndələri ilə əlaqə saxlayacağı bildirilir.
“Fənərbağça” hazırda Türkiyə Super Lliqasında 7 turdan sonra 16 xalla 4-cü pillədə qərarlaşıb. İstanbul nəhəngi lider “Qalatasaray”dan 6 xal geri qalır.
Mirağa