Klubların son 10 il üçün UEFA reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, ən yaxşılar arasında “Qarabağ” da yer alıb.
Qurban Qurbanovun komandası 2015-2024-cü illəri əhatə edən siyahıda “Top-100”ə düşüb. Ağdamlılar Təl-Əviv “Makkabi”si ilə birlikdə 63-64-cü yerləri bölüşür. Komandanın 10 illik reytinq xalı 53,000-ə bərabərdir.
Müqayisə üçün deyək ki, Türkiyə nəhəngi “Qalatasaray” siyahıda 65-cidir.
Reytinqə 261,000 xala malik “Real” başçılıq edir.