Misli Premyer Liqasının 10-cu turunda "Araz-Naxçıvan"ı qəbul edən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra (0:1) təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis belə danışıb:
"Yaxşı mübarizə apardıq. Belə oyunlarda qol şansları çox olmur. Baxmayaraq ki, bir neçə fürsət yaratdıq, qola çevirə biımədik.
Hakimlikdən narazıyam. Hər dəfə əleyhimizə qərarlar olur. Bu gün də təkrarlandı. Son dəqiqələrdə lehimizə penaltini vermədi. Halbuki, rəqib oyunçu topun qarşısını açıq əllə kəsir. İstəyirəm ki, komitə sədri çıxıb bu epizodu şərh etsin. Ya da əvvəldən desinlər ki, hansı oyunda xal qazanmaq şansınız yoxdur, işimizi bilək. Başa düşmürəm, belə epizodlarda büdcə, iddia rol oynayır?".
Mirağa