“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 10-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 3:1 hesablı qələbə barədə bunları söyləyib:
“Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdir. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mümkünsüz bir şeydir. Görüləcək işlər çoxdur.
Baş məşqçi olaraq futbolçuların əksəriyyətini tanımıram. Əvvəlki vaxtdan tanıdığım 2-3 futbolçu qalıb. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir. Hədəflərimiz yüksəkdir. İnanıram ki, buna çatacağıq”.