"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan “Elfsborq” İsveç çempionatında 27-ci turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv öz meydanında "Hekken"lə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.
Hazırda "Elfsborq" 41 xalla turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" matçı dekabrın 13-də keçiriləcək. Oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.