Misli Premyer Liqasının 10-cu turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edən "Sabah"ın baş məşqçisi Krunislav Renduliç oyundan sonra təşkil edilən mətbuat konfransında fikurlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "bayquşlar"ın xorvat çalışdırıcısı belə danışıb:
“Oyuna çox yaxşı başladıq. Matçın başlanğıcında qol vurduq. Hər şey bizim nəzarətimiz altında idi. İkinci hissədə də oyuna nəzarət edirdik və yüz faizli qol şanslarımız oldu. Bundan başqa, ikinci hissədə 2-3 qol şansımız oldu, amma son nöqtəni qoya bilmədik. Əfsuslar olsun ki, son dəqiqələrdə buraxdığımız qoldan öncə ardıcıl 3-4 səhv etdik və rəqib fərqləndi. Təbii, şanslardan yararlanmırsansa, rəqib fərqlənəcək.
Səmimi desək, rəqib bu gün heç nə ilə bizdən üstün deyildi, amma bizim 2-3 qol epizodumuz oldu. Təəssüf ki, bu şanslardan faydalana bilmədik”.
Nihat