"Liverpul"un mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk İngiltərə nəhəngindəki aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, niderlandlı futbolçu "qırmızılar"ın rəhbərliyi ilə yeni müqavilə ilə bağlı danışıq apardıqlarını deyib:
"Yalnız bunu deyə bilərəm ki, yeni müqavilə ilə bağlı müzakirələr davam edir, amma gələcəkdə nə olacağını bilmirəm. Hazırda tam şəkildə "Liverpul"un oyunlarına köklənmişəm. Komandanın qarşıdakı oyunlarında qələbələr qazanmaq istəyirəm. Diqqətimi başqa istiqamətə yönəltmək niyyətindən uzağam. Danışıqlar başlayıb və hər şeyin hansı məcrada yekunlaşacağını zaman göstərəcək".
Xatırladaq ki, van Deykin "Liverpul"la indiki müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Nihat