"İnter Mayami"nin hücumçusu Lionel Messi bu mövsümdə MLS-də ən çox "Matçın oyunçusu" mükafatına layiq görülən futbolçu olub.
Fanat.Az xəbər verir ki, 37 yaşlı argentinalı son turda "Nyu-İnqlend Revolyuşin"i 6:2 hesabı ilə məğlub etdikləri matçda meydana əvəzetmədən daxil olaraq het-trikə imza atmaqla görüşün ən yaxşı oyunçusu olub.
Beləliklə, o, bu mövsüm 6 dəfə sözügedən mükafatı alıb və MLS tarixinin rekordunu təkrarlayıb. Liqanın mətbuat xidmətindən verilən məlumata görə, Messi 1999-cu ildə "Dallas"ın oyunçusu Ceyson Kreysin imza atdığı, 2019-cu ildə isə "Los-Anceles"in hücumçusu Karlos Velanın təkrarladığı rekorda şərik olub.
Mirağa