"Yuventus" rəhbərliyi icarə əsasında komandanın formasını geyinən futbolçularla - müdafiəçi Pyer Kalyulyu və vinger Fransişku Konseysau ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə Turin klubunun hər iki oyunçunun transfer hüquqlarına yiyələnməyi hədəflədiyini vurğulayıb. Xəbərdə müqavilə ilə "Milan"a məxsus Kalyulyunun 14+3 milyon, "Portu"nun futbolçusu olan Konseysaunun isə 30 milyona alınacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm 24 yaşlı Pyer "Yuventus"un forması ilə bütün turnirlərdə 8 matça çıxıb. 21 yaşlı Fransişku isə 4 qarşılaşmada forma şansı qazanaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat