"Aston Villa"nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda evdə "Bolonya" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Biz ciddi, fokuslanmış və məsuliyyətli oynayırıq. Komanda oyundan-oyuna inkişaf edir, möhkəmlənir. Məsələn, bu gün rəqibin fərdi pressinq planını həyata keçirməsinə mane olduq. İlk 15 dəqiqədə onların bir neçə hücum təşkil etməsini əngəlləyə bilməsək də, sonradan nəticə çıxardıq. Qitəmiqyaslı turnirlərdə evdə də oynamaq çətindir. Konsentrasiyanı qorumalı və 90 dəqiqə oyun planına sadiq qalmalısan".
Xatırladaq ki, bu, "Aston Villa"nın ÇL-də ardıcıl 3-cü qələbəsidir.
Nihat