PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda PSV-yə qarşı keçirdikləri ev oyunundan (1:1) danışıb.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun sözlərini belə çatdırıb:
"Əminəm ki, biz Çempionlar Liqasında hamıdan çox qol vəziyyətləri yaradan komandayıq. Kollektivin doğru istiqamətdə irəlilədiyinə, görmək istədiyim oyunu sərgilədiyinə şübhəm yoxdur. PSJ istəkli çıxış sərgiləyir, xüsusilə, müdafiədə inamlı təsir bağışlayırdı. Amma futbol futboldur. Bu, sıradan turnir deyil. Əlbəttə, oyunu necə yaxşılaşdıracağımız barədə düşünürəm. Lakin futbolçuların mentaliteti, öz işlərinə yanaşmaları çox sevindiricidir".
Qeyd edək ki, Paris təmsilçisi ÇL-dəki növbəti matçını noyabrın 6-da "Atletiko Madrid"ə qarşı keçirəcək.
Nihat